QİÇS-ə yoluxan hamilə qadın sağlam uşaq dünyaya gətirə bilərmi? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: QİÇS-ə yoluxan hamilə qadın sağlam uşaq dünyaya gətirə bilərmi? – Rəsmi AÇIQLAMA 

166969

“İİV-ə yoluxan qadın sağlam uşaq dünyaya gətirə bilər. Son 5 il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb. 

Onun sözlərinə görə, Azərbaycanda İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir: 

“Hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir”. 
Qeyd edək ki, İİV infeksiyası insanın immunçatışmazlığı virusu tərəfindən törədilən, immun sistemin spesifik zədələnməsi ilə xarakterizə olunan, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) gətirib çıxaran xəstəlikdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO