Gürcüstandan Azərbaycana TƏKLİF – Yük maşınları Rusiyaya gedə bilmir

Gürcüstandan Azərbaycana TƏKLİF – Yük maşınları Rusiyaya gedə bilmir

Hazırda oxunan: Gürcüstandan Azərbaycana TƏKLİF – Yük maşınları Rusiyaya gedə bilmir
81212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan Kazbeki sərhəd-keçid məntəqəsinin bağlanması ilə əlaqədar Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan ərazisindən istifadə etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələri Sınıq Körpü və Laqodexi gömrük-keçid məntəqələrindən istifadə edərək sərhədkeçmə prosedurlarını həyata keçirə bilər.
Qeyd edək ki, Dariyal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar Kazbegi gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.

Güclü yağışlar nəticəsində baş vermiş daşqın Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq yolun Rusiya Federasiyası ilə sərhədə yaxın hissəsini zədələyib.

“Hava şəraiti yaxşılaşdıqdan və təmir-bərpa işləri başa çatdıqdan sonra Kazbeki gömrük-keçid məntəqəsi tam gücü ilə fəaliyyətini davam etdirəcək”. APA.az nazirliyin press relizindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO