"Qaz və neft sahəsində əsasən Azərbaycandan asılıyıq" - Gürcüstan Prezidenti

Hazırda oxunan: "Qaz və neft sahəsində əsasən Azərbaycandan asılıyıq" - Gürcüstan Prezidenti
73054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gürcüstanın Rusiyadan enerji asılılığı kifayət qədər aşağıdır, çünki biz qaz və neft baxımından əsasən Azərbaycandan, elektrik enerjisi baxımından isə Türkiyədən asılıyıq”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Paris Match” nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Gürcüstanın Rusiyaya müəyyən müqavimət göstərmək qabiliyyəti var:

“Lakin Rusiya sərhədyanı dövlətdir, onun cənub hissəsində çox mühüm hərbi bazaları, işğal olunmuş ərazilərdə, Ermənistan ərazisində də böyük bazaları var. Biz əhatələnmişik, lakin Gürcüstan müəyyən müqavimət göstərmək qabiliyyətinə malikdir, çünki biz 26 əsrdir bu strateji regiondayıq. Biz faktiki olaraq mövcud olan bütün imperiyalar tərəfindən fəth edilmişik. Rusiya iki əsrdə dörd dəfə Gürcüstanı işğal edib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO