\

\"Azərbaycanla münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur\" - Rusiya XİN

Hazırda oxunan: \"Azərbaycanla münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur\" - Rusiya XİN

71284

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəlməsi qanunauyğundur və tərəflər ticari-iqtisadi, siyasi əlaqələri artırmaq niyyətindədirlər”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarəsinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.

O, bu fevralın 22-də Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanmasını xatırladaraq bunun ikitərəfıi münasibətləri yeni səviyyəyə çıxardığını qeyd edib:
“Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ hesab edirik və qeyd olunan Bəyannamənin bütün müddəalarını qətiyyətlə həyata keçirmək əzmindəyik”.

Denis Qonçar vurğulayıb ki, sənəd dövlətlər arasında ikitərəfli münasibətlərin bütün spektrini əhatə edir:

“Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlişinə gətirib çıxarıb. Müttəfiqlərin əməkdaşlığı haqqında Bəyannamənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması çox simvolikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO