Rusiya “McDonald's”ın da alternativini yaradır – “Dyadya Vanya” 

Rusiya “McDonald's”ın da alternativini yaradır – “Dyadya Vanya” 

Hazırda oxunan: Rusiya “McDonald's”ın da alternativini yaradır – “Dyadya Vanya” 

65313

Rusiyada “McDonald's”ın alternativi yaradılır. 

Bizim.Media xəbər verir ki, “McDonald's”a əvəz olaraq “Dyadya Vanya” (Дядя Ваня) adlı əmtəə nişanı ilə bağlı Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətinə (Rospatent) ərizə göndərilib. 

“Dyadya Vanya”nın loqotipi “В” hərfindən ibarətdir. Sözügedən loqo ilk baxışdan “McDonald's” restoranlar şəbəkəsinin loqosunu xatırladır. 

Hazırda ərizə rəsmi olaraq nəzərdən keçirilir. 

Xatırladaq ki, “McDonald's” Rusiyadakı 850 restoranını Ukraynada gedən müharibə səbəbilə bağlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO