Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Hazırda oxunan: Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

640365

“Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda məktəblərdə dini geyimlə bağlı fərqli qaydaların mövcuddur. Məsələyə ümumilikdə türk dövlətlərinin dünyəvi dövlət modeli kontekstində qiymət verilməlidir”.

Bizim.Media xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Ardan Zentürk Azərbaycanla Türkiyə arasında son günlər başörtüsü məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Özbəkistanda artıq illərdir ki, məktəblərdə vahid məktəbli forması tətbiq edilir və bu geyim tərzində baş örtüyü yoxdur:

“Türkmənistanda isə məktəblərə türkmən milli geyimində gedilir və ora ənənəvi "türkmən çalması" istifadə edilir”.

Zentürk Türkiyənin türk dünyası ilə münasibətlərində dünyəvilik prinsipinin əhəmiyyətini belə ifadə edib:

“Əgər dünyəvilikdən kənar bir axtarışa girsəniz, Türkiyə olaraq və Türkiyəni idarə edənlər olaraq Qafqaz və Orta Asiya yolunu unudun. Unudun. Mümkün deyil, sizinlə bir daha təmas qurmazlar. Bu qədər aydındır. Adamlar bunu ideoloji məsələ kimi görürlər və ətraflarında Əfqanıstan var, İran var, Pakistanda dinçi hərəkatlar var. Radikal İslamın nə qədər terror təşkilatı varsa, hamısı oralardadır. Adam sərhədini, ölkəsini, məktəbini ona açarmı?”.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO