Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

Hazırda oxunan: Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

630706

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən “Çərçivə qanunu”na verilən dəstəkdən sonra ilk istefa baş verib.

Bizim.Media xəbər verir ki, cəmi 4 gün əvvəl CHP-nin Çorum vilayəti üzrə Qadınlar Qolunun sədri vəzifəsinə təyin olunan Özlem Özşahin partiyasının Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna dəstək verməsini əsas gətirərək vəzifəsindən istefa verib.

Özşahin verdiyi açıqlamada dövlətin unitar quruluşu üçün təhlükə yaratdığına inandığı bir tənzimləməyə partiyanın "hə" deməsini qəbul edə bilməyəcəyini bildirib və əlavə edib ki, artıq CHP sıralarında siyasətlə məşğul olmaq imkanı qalmayıb.

"Çərçivə Qanununa “hə” deyən bir CHP daxilində siyasətlə məşğul olmaq şansım yoxdur. Millətin iradəsinin əksinə siyasət aparıla bilməz", - deyən Özşahin dövlətin unitar quruluşunun onun üçün "qırmızı xətt" olduğunu vurğulayıb.
 
Sözügedən qanunla bağlı CHP-nin tutduğu mövqedən sonra partiya ilə siyasi yoluna davam edə bilməyəcəyini bildirən Özşahin Qadınlar Qolunun sədri vəzifəsindən istefa verdiyini elan edib.


 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO