Türkiyənin F-16 qırıcıları Baltikyanı ölkələrin hava məkanında sutka boyu növbə çəkəcək

Türkiyənin F-16 qırıcıları Baltikyanı ölkələrin hava məkanında sutka boyu növbə çəkəcək

Hazırda oxunan: Türkiyənin F-16 qırıcıları Baltikyanı ölkələrin hava məkanında sutka boyu növbə çəkəcək

627600

Türkiyəyə məxsus F-16 qırıcıları NATO missiyası çərçivəsində Baltikyanı ölkələrin hava məkanının qorunması üçün sutka boyu patrul xidməti həyata keçirəcək.

Bizim.Media xəbər verir ki, yerli mediada yayılan məlumata görə, beş türk F-16 qırıcısı və 76 hərbçi Estoniyada yerləşdiriləcək.

Hərbi kontingent NATO-nun Baltikyanı ölkələrin hava məkanında patrulluq missiyası çərçivəsində fəaliyyət göstərəcək.

Əməliyyata hazırlıq Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdə yerləşən 8-ci Əsas Aviasiya Bazasının komandanlığında aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO