İranın mərhum Ali rəhbəri Əli Xameneinin Tehrandakı vida mərasiminin ikinci günü davam edir və bu ana qədər hazırda həyatda olan üç sabiq prezident — Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad və Həsən Ruhani bu mərasimdə görünməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı yazı dərc edib.
Kanalın yazdığına görə, mərasimin ilk günündə iştirakçılar xüsusi dəvətlə qatılıblar və onların əksəriyyəti xarici ölkələrin nümayəndələri və ölkənin hazırkı rəsmiləri olub.
"Hərçənd İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvələri də elə həmin gün Tehran Müsəllasındakı mərasimdə iştirak ediblər. Bununla belə, görünən odur ki, üç sabiq prezident rəsmi şəxslər arasında vida mərasiminə dəvət olunmayıblar və ən azı şənbə günü axşama qədər də Müsəllaya getməyiblər", - paylaşımda qeyd olunub.

Bizim.Media

- A-
- A
- A+
Region
23:16 / 04.07.2026
İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO
Hazırda oxunan: İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO
Hazırda oxunan: İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO
623318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































