Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO
623036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Böyük Kəsik istiqamətinə göndərilib.

Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO