Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Hazırda oxunan: Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

620887

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.

Bizim.Media “TRTHaber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

"Bu gün səhər saatlarında Ukraynanın Çornomorsk limanı yaxınlığında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan Türkiyəyə məxsus, Panama bayraqlı gəminin heyətində yer alan iki vətəndaşımızın yaralandığı məlum olub. Vətəndaşlarımızın vəziyyəti Kiyevdəki Səfirliyimiz və Odessadakı Baş Konsulluğumuz tərəfindən yaxından izlənilir", - Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı yaydığı yazılı bəyanatda qeyd olunub.
 

Bəyanatda Türkiyənin, Rusiya-Ukrayna müharibəsindəki gərginliyin artması nəticəsində Qara dənizdəki maraqlarını və regional təhlükəsizliyi təhdid edən hücumlardan duyduğu narahatlığın hər iki ölkənin rəsmi qurumları qarşısında dilə gətirildiyi vurğulanıb.


Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin Türkiyənin əsas prioritetləri arasında yer aldığı bildirilən bəyanatda, bütün tərəflərə regionda gərginliyi azaldacaq tədbirlər görmək barədə çağırış edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO