Ermənistan Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Qaqik Canqiryan seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sabiq rəhbər öz vəzifəsindən kənarlaşdırılması barədə yayılan iddialara aydınlıq gətirib.
"Məni heç kim işdən çıxarmayıb, mən öz ərizəmlə, səhhətimdə yaranan problemlərə görə vəzifəmdən getmişəm", — deyə Canqiryan vurğulayıb.
Xatırladaq ki, Qaqik Canqiryanın səlahiyyətlərinə onun şəxsi ərizəsi əsasında rəsmən iyulun 4-də xitam verilmişdi. Lakin bu istefadan əvvəl ölkədə böyük səs-küyə səbəb olan qalmaqallı səs yazısı yayılmışdı.
Sözügedən səs yazısında Canqiryanın özündən əvvəlki sədr Ruben Vardazaryandan postunu tərk etməsini tələb etdiyi ifşa olunmuşdu. Ermənistan İstintaq Komitəsi həmin səs yazısını araşdırdıqdan sonra faktla bağlı cinayət işi (icraat) başlatmışdı.
Bizim.Media

- A-
- A
- A+
Region
11:44 / 07.06.2026
Qaqik Canqiryan: "Məni işdən çıxarmayıblar, səhhətimlə bağlı özüm getmişəm" - VİDEO
Hazırda oxunan: Qaqik Canqiryan: "Məni işdən çıxarmayıblar, səhhətimlə bağlı özüm getmişəm" - VİDEO
Hazırda oxunan: Qaqik Canqiryan: "Məni işdən çıxarmayıblar, səhhətimlə bağlı özüm getmişəm" - VİDEO
617707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































