Mirzoyandan Şoyqunun İrəvanın "qeyri-dost addımları" barədə dediklərinə REAKSİYA

Mirzoyandan Şoyqunun İrəvanın "qeyri-dost addımları" barədə dediklərinə REAKSİYA

Hazırda oxunan: Mirzoyandan Şoyqunun İrəvanın "qeyri-dost addımları" barədə dediklərinə REAKSİYA
614541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bəyanatını şərh edib. Şoyqu bildirmişdi ki, Ermənistan rəhbərliyi son zamanlar Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna cavab verməyən addımlar atır.

Bizim.Media xəbər verir ki, Mirzoyan rusiyalı həmkarının ittihamlarına cavab olaraq hər şeyin nisbi olduğunu qeyd edib:

"Elə zamanlar və hadisələr olub ki, biz tərəfdaşlarımızdan tamamilə fərqli addımlar, ən azı müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin görülməsini gözləyirdik, lakin bunları görmədik. Ona görə də hər şey çox nisbidir", — deyə Mirzoyan bildirib.

Bununla belə, nazirin sözlərinə görə, Ermənistan Rusiya ilə ikitərəfli münasibətlərə süni gərginlik gətirmək niyyətində deyil.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da rəsmi İrəvanın Rusiyanın maraqlarına zərər vurmaq niyyətində olmadığını bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO