Türkiyənin sabiq xarici işlər naziri Mevlüt Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu silahlı hücum nəticəsində aldığı yaralardan dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, hadisə 12 gün əvvəl Antalyanın Alanya rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məlumata görə, Aydın Çavuşoğlunun ofisinə silahlı hücum edilib və o, güllə yarası alıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb, əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, hadisə zamanı xaricdə səfərdə olan Mevlüt Çavuşoğlu insidentdən sonra səfərini yarımçıq dayandıraraq Türkiyəyə qayıdıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detallarını və hücumun motivlərini araşdırır.
Bizim.Media


































































































