““Kral” olmasaydı, ayılar məni yeyəcəkdi” – FOTO

““Kral” olmasaydı, ayılar məni yeyəcəkdi” – FOTO

Hazırda oxunan: ““Kral” olmasaydı, ayılar məni yeyəcəkdi” – FOTO

612150

Türkiyənin Ərzurum vilayətinin Karayazı rayonuna bağlı Çakmaközü məhəlləsində “Kral” ləqəbli kangal iti 10 yaşlı Səncar Kayanı iki ayının hücumundan xilas edib.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı Səncar Kaya atlarını yoxlamaq üçün atası Hüsaməddin Kaya ilə birlikdə kənd kənarındakı əraziyə gedərkən baş verib.

Uşaq ağaca bağlanmış atı götürmək istəyərkən qəfil iki ayı ilə qarşılaşıb. Ayılar uşağın arxasınca qaçmağa başlayıb. Qorxaraq qaçan Səncar təşviş içində yerə yıxılıb. Hadisəni görən atası dərhal çoban itlərini çağırıb.
 

Bu zaman əvvəllər də sadiqliyi və qəhrəmanlığı ilə tanınan “Kral” ləqəbli kanqal iti ayıların üzərinə gedərək onları geri çəkilməyə məcbur edib. Digər itlərin də gəlməsindən sonra ayılar ərazidən uzaqlaşıb.


Hadisədən sonra Karayazı Rayon Xəstəxanasına aparılan Səncarın müayinəsi zamanı ciddi xəsarət almadığı, lakin güclü qorxu səbəbindən müvəqqəti danışıq çətinliyi yaşadığı müəyyən edilib.

Bir müddət müşahidə altında saxlanıldıqdan sonra evə buraxılan uşaq, “Kral olmasaydı, ayılar məni yeyəcəkdi”, – deyə bildirib.

Səncar Kaya xəstəxanadan çıxdıqdan sonra ilk olaraq onu xilas edən “Kral”ın yanına gedib və iti qucaqlayaraq ona təşəkkür edib.

Ailə üzvləri isə “Kral”ın daha əvvəl də itkin düşən heyvanları qoruduğunu və yenidən ailənin həyatını xilas etdiyini bildiriblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO