Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

Hazırda oxunan: Türkiyədən İsrailin ələ keçirdiyi “Sumud Donanması” ilə bağlı xəbərə REAKSİYA - FOTO

610288

Türkiyə İsrail tərəfindən ələ keçirildiyi bildirilən “Sumud Donanması”nda olan vətəndaşları ilə bağlı zəruri addımlar atır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik İsrailin donanma gəmilərini ələ keçirmək cəhdini “qanunsuz hərəkət” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı mövqe bildirməyə çağırıb.

“Donanmada olan vətəndaşlarımızın və digər sərnişinlərin vəziyyəti ilə bağlı digər ölkələrlə birlikdə bütün zəruri addımlar atılır”, - deyə Türkiyə XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, “Sumud Donanması” Qəzza zolağına tətbiq edilən dəniz blokadasını yarmaq məqsədilə bölgəyə doğru hərəkət edirdi. İsrail mediası daha əvvəl donanmaya daxil olan bir neçə gəminin İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyini yazmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO