Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Hazırda oxunan: Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

609273

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın azərbaycanlı uşaq haqqında paylaşımı qalmaqal yaradıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Universitetin Maliyyə və Kredit kafedrasının baş müəllimi olan qadın instaqram səhifəsində keçmiş tələbəsinin və azyaşlı qızının fotosunu paylaşıb.

O, ekran görüntüsündə təhqiramiz şərhlərlə azyaşlı qızı "çirkin" adlandıraraq uşağın artıq çəkidə olmasını müzakirəyə çıxarıb.

"Qoy bütün Azərbaycan ailələri məni bağışlasın, amma məni bir sual narahat edir, niyə belə gözəl insanların bu qədər çirkin uşaqları dünyaya gəlir?" – deyə müəllim paylaşımda yazıb.
 

Qızın anası prokurorluğa şikayət ərizəsi ilə müraciət etdiyini bildirib. O, uşağın artıq çəkisinin dərman qəbulu ilə bağlı olduğunu deyib və dərc olunmuş fotoya etirazını bildirib. Qızın atası vurğulayıb ki, müəllimin bu cür açıqlamalar verməsi ilk dəfə deyil və qızın işdən çıxarılmasını tələb edir.


Universitetin prorektoru Aleksandr İvanov mübahisəli sosial media paylaşımından sonra Volkovanın işdən çıxarılmasında israr edəcəyini açıqlayıb.

Universitetin mətbuat xidməti məlumat yayıb, müəllim etika komitəsinə çağırılıb və uşaq haqqında təhqiramiz paylaşımına görə izahat yazacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO