Rusiyada aeroportlar fəaliyyətini DAYANDIRDI

Rusiyada aeroportlar fəaliyyətini DAYANDIRDI

Hazırda oxunan: Rusiyada aeroportlar fəaliyyətini DAYANDIRDI

607875

Rusiyanın Çerepovets və Voloqda hava limanlarında təyyarələrin qəbul və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Aviasiya Agentliyinin nümayəndəsi Artem Korenyako Telegram kanalında məlumat verib.
 

Qeyd olunur ki, bu məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Rusiyanın hava limanlarında bu cür tədbirlər adətən pilotsuz uçuş aparatları (PUA) hücumu təhlükəsi fonunda tətbiq edilir.


Bundan əvvəl Orenburq, Nijnekamsk (Beqişevo), Buqulma, Yaroslavl və Nijni Novqorod hava limanlarında da oxşar məhdudiyyətlərin tətbiq olunduğu bildirilmişdi. Hələlik həmin məhdudiyyətlərin ləğvi ilə bağlı məlumat verilməyib.

Eyni zamanda Sankt-Peterburqdakı Pulkovo Airport da uçuş məhdudiyyətlərindən təsirlənib. Bildirilir ki, hava limanı reysləri müvafiq qurumlarla razılaşdırılmış qaydada qəbul edir və göndərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO