
- A-
- A
- A+
Region
17:07 / 21.12.2025
1 dəq oxunma
Deputat iclasa 214 min dollarlıq saatla gəldi - FOTO
Hazırda oxunan: Deputat iclasa 214 min dollarlıq saatla gəldi - FOTO
586686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyədə deputatın taxdığı saatın qiyməti qalmaqal yaradıb.
Bizim.Media “Sözçü”yə istinadən xəbər verir ki, ölkənin Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən parlamentari Nəbi Hatipoğlu büdcə müzakirələrinə 214 min dollarlıq (364 min manat) saatla qatılıb.
O, Audemars Piguet markasından olan saatı ilə diqqəti cəlb edib. Saatın təzəsinin qiyməti 214 min dollardır. İkinci əl isə 117-176 min dollara satılır.
Deputat saatla bağlı məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Nəbi Hatipoğlu əvvəllər İYİ Partiyanın üzvü olub və həmin siyasi təşkilatın siyahısından deputat seçilib. O, daha sonra istefa verərək Ədalət və İnkişaf Partiyasına keçib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































