Ermənistanda II Qareginin istefası tələbi ilə imza toplanır – QARŞIDURMA BÖYÜYÜR

Ermənistanda II Qareginin istefası tələbi ilə imza toplanır – QARŞIDURMA BÖYÜYÜR

Hazırda oxunan: Ermənistanda II Qareginin istefası tələbi ilə imza toplanır – QARŞIDURMA BÖYÜYÜR
586010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan hakimiyyəti bölgələrdə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə aktiv şəkildə imza toplamağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Iravunk” qəzeti öz mənbələrinə istinadən yayıb.
 

Məlumata görə, bu təşəbbüsün müəllifi hakim partiyadan olan deputat Karen Saruxanyandır. Onun ideyası partiyadaşları tərəfindən dəstəklənib, hətta baş nazir Nikol Paşinyan da bu təşəbbüsü müsbət qiymətləndirib.


Nəşr yazır ki, təşəbbüs təsdiqləndikdən sonra Paşinyanın liturgiyalarında “dəstək qrupu” kimi fəaliyyət göstərən “səyyar inanclılar” kənd və şəhərlərdə, o cümlədən avtobus dayanacaqlarında insanlardan imza toplamağa başlayıblar. İmza toplama prosesinə Şirak vilayətindən start verildiyi bildirilir.

Qeyd olunur ki, həmin vilayətin yeparxiya rəhbəri Ajapahyan hazırda həbs altındadır.

“Iravunk”un məlumatında vurğulanır ki, bu proses cəmiyyətdə və kilsə–dövlət münasibətlərində ciddi rezonans doğurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO