Avropa İttifaqının casus missiyası Ermənistanı nə vaxt tərk edəcək?

Avropa İttifaqının casus missiyası Ermənistanı nə vaxt tərk edəcək?

Hazırda oxunan: Avropa İttifaqının casus missiyası Ermənistanı nə vaxt tərk edəcək?
583673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrəvan və Brüssel Azərbaycanın sərhədi boyunca yerləşdirilmiş Avropa İttifaqının müşahidə (casus - red.) missiyasının (EUMA) fəaliyyət müddətinin Ermənistanın ehtiyac və tələbatlarına uyğun olaraq davam etdirilməsi barədə razılığa gəliblər.

Bizim Media xəbər verir ki, bu müddəa 2 dekabr 2025-ci ildə Brüsseldə qəbul edilən və bu gün Ermənistan XİN-in saytında dərc olunan “Ermənistan–Aİ tərəfdaşlığı üzrə Strateji gündəm” sənədində öz əksini tapıb.

Sənəddə qeyd olunur: "Aİ-nin Ermənistandakı missiyasının (EUMA) Azərbaycanla sərhəd boyunca təhlükəsizlik vəziyyətini izləmək və hesabat vermək, Ermənistanın münaqişədən təsirlənən ərazilərində insan təhlükəsizliyini təşviq etmək və regionda sülh və sabitliyin dəstəkləmək üçün tam əməliyyat qabiliyyəti təmin edilsin. Lazım olduğu müddətədək EUMA-nın mövcudluğu qorunsun”.


Qeyd edək ki, EUMA fəaliyyətinə 20 fevral 2023-cü ildə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci ildə missiyanın mandatını daha iki il – 19 fevral 2027-ci ilə qədər uzadıb.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO