Təqaüdçü polis kafeyə silahla hücum etdi - 2 ölü, 2 yaralı var

Təqaüdçü polis kafeyə silahla hücum etdi - 2 ölü, 2 yaralı var

Hazırda oxunan: Təqaüdçü polis kafeyə silahla hücum etdi - 2 ölü, 2 yaralı var
578449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda psixoloji problemləri səbəbilə polislikdən vaxtından əvvəl təqaüdə çıxarılan Okan Ö. (42 yaş), kənd kafesində ov tüfəngi ilə atəş açıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Hadisə nəticəsində Kasım Özcan (59 yaş) və Aydın Özbakış (37 yaş) həyatını itirib, 2 nəfər isə yaralanıb.

Hadisə gecə saatlarında Çaycuma rayonunu Coburlar kəndində baş verib.

İddiaya görə, keçmiş polis əməkdaşı Okan Ö. kənd kafesinə gələrək ov tüfəngi ilə içəridə oturanlara təsadüfi şəkildə atəş açıb və öz avtomobili ilə kənddən qaçıb.

Hadisə yerinə təcili tibbi yardım və jandarma qüvvələri cəlb olunub.
 

Yaralılar təcili yardım maşınları ilə Çaycuma Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Kasım Özcan və Aydın Özbakış xilas edilə bilməyib. Gökhan G. və Hüseyin G. isə xəstəxanada müalicə altına alınıb.


Qaçan şübhəli Okan Ö.-nü yaxalamaq üçün əməliyyat başladılıb, lakin o, özü Çaycuma Məhkəməsinə gedərək tanıdığı polis əməkdaşına təslim olub.

Hadisə ilə bağlı jandarma tərəfindən istintaq başladılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO