İrəvandan delimitasiya və demarkasiya ilə bağlı yeni AÇIQLAMA

İrəvandan delimitasiya və demarkasiya ilə bağlı yeni AÇIQLAMA

Hazırda oxunan: İrəvandan delimitasiya və demarkasiya ilə bağlı yeni AÇIQLAMA
47278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində sərhədin delimitasiya və demarkasiyasına dair sənədə imza atmayacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan “Hraparak” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla sazişin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur. 

Qriqoryan hesab edir ki, sərhədin delimitasiyası və demarkasiyası prosesi görüşlərdən və ya səfərlərdən asılı deyil, tamam başqa məntiqlə həyata keçirilir.

Baş nazirin müavini vurğulayıb ki, kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu “dəhliz” məntiqində fəaliyyət göstərmir və bu kimi məsələləri müzakirə etmir. 

O, Azərbaycanın Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiq göstərdiyini təkzib edib:

“İndi üçtərəfli qrup çərçivəsində bəzi məsələlərdə müəyyən razılığa gəlmişik, razılaşdırılmış variantlar çoxdur, lakin gələcək işlərlə bağlı yekun razılaşma yoxdur”.

Qeyd edək ki, dünən ermənilərə məxsus Telegram kanalı İlham Əliyev, Putun və Paşinyanın noyabrın 26-da Soçidə görüşəcəkləri barədə xəbər tirajlamışdı. Lakin sonradan erməni baş nazir bunu təkzib etmişdi. Rəsmi Bakı və Moskva isə mövzuya münasibət göstərməyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO