Lənkəranda şübhəli şəxs saxlanıldı – TƏQSİRİ NƏDİR? - FOTO

Lənkəranda şübhəli şəxs saxlanıldı – TƏQSİRİ NƏDİR? - FOTO

Hazırda oxunan: Lənkəranda şübhəli şəxs saxlanıldı – TƏQSİRİ NƏDİR? - FOTO
45239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda quldurluq faktları törədərək paytaxt ərazisində gizlənən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında iki yanacaqdoldurma məntəqəsinə daxil olaraq quldurluq əməli törətməkdə şübhəli bilinən rayonun Daşdatük kənd sakini Tərlan Şəfəqqətov müəyyən edilərək saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Polis Lənkəranda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO


Belə ki, həmin şəxs oktyabr ayının 1-də gecə saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub və quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.

Bundan bir neçə gün sonra T.Şəfəqqətov gecə saatlarında Lənkəran rayonu ərazisində yerləşən digər bir yanacaqdoldurma məntəqəsinə daxil olub.

Həmin obyektdə operator kimi çalışan şəxsdən pul tələb etdikdən sonra bıçaqla ona xəsarətlər yetirib.

Quldurluq faktlarını törətmiş şəxsin şəxsiyyətinin müəyyən olunması və tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media


Lənkəranda şübhəli şəxs saxlanıldı – TƏQSİRİ NƏDİR? - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO