Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak etdilər - Foto

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak etdilər - Foto

Hazırda oxunan: Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak etdilər - Foto
645172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın və Gürcüstanın Baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, "PASHA Real Estate Group" tərəfindən inşa edilmiş beşulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 hotel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

"ART Riverfront Hotel Tbilisi" "PASHA Real Estate Group"un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak etdilər - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO