Məktəb direktoru xadimənin attestatını 500 manata satdı

Məktəb direktoru xadimənin attestatını 500 manata satdı

Hazırda oxunan: Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
0:00 / 0:00
645117
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda məktəb direktoru rəsmi sənədi saxtalaşdırıb satmaqda ittiham olunur.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Mikayıllı kənd tam orta məktəbinin direktoru olan 43 yaşlı Seyfulla Məmmədov (şərti adla) törətdiyi əmələ görə hakim qarşısına çıxarılıb.

Məlumata görə, rayonun Boyxanlı kənd sakini Rzaqulu Səfərov (şərti adla) oğlu üçün 11 illik tam orta təhsil attestatı almaq istəyib.

Buna səbəb isə 9-cu sinifdən məktəbdən çıxarılan oğlunun hərbi xidmətdən qayıdandan  sonra hərbçi kimi işə düzəldilməsi olub. Belə ki, oğlunun hərbi qulluqçu kimi işə düzəlməsi üçün 11 illik attestat tələb olunub.
 

Rzaqulu Səfərovun sözlərinə görə, qohumlarının köməyilə Mikayıllı kənd məktəbinin direktoru ilə əlaqə saxlayalaraq, attestat lazım olduğunu deyib. R. Səfərov bildirib ki, direktor attestat üçün 500 manat pul istəyib. 15 gün sonra isə attestatı gətirərək, Rzaquluya təhvil verib.


R. Səfərov sənədə baxanda düzəliş olunduğunu hiss edərək, Seyfulla Məmmədova bildirib. Məmmədov isə həmin sənəddə imza və möhürünün olmadığını deyib. R. Səfərov bildirib ki, direktor S. Məmmədov onun pulunun 200 manatını qaytarsa da, 300 manatını hələ də qaytarmayıb. Buna görə də ondan şikayətçidir və cəzalandırılmasını istəyib.

Faktla bağlı Seyfulla Məmmədov barəsində Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdıraraq, satma) maddəsilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, Seyfulla Məmmədov məktəbdə xadimə işləyən şəxsin ona işə qəbul olunarkən verdiyi attestatını saxtalaşdırıb. Belə ki, həmin sənəddə xadimənin ad və soyadını dəyişərək, Rzaqulu Səfərovun oğluna uyğunlaşdırıb. Lakin attestatın kodu olduğu kimi qalıb. Bu pozuntunu xadimə də aşkar edib. Xadimənin sözlərinə görə, direktor onun attestatını kiməsə verməsi barədə ona heç bir məlumat verməyib.

Lakin direktor Seyfulla Məmmədov ittihamları qəbul etməyib. O, 14 il iş fəaliyyəti ərzində belə nöqsanlara yol vermədiyini dilə gətirib. Onun sözlərinə görə, zərərçəkən Rzaqulunun atasını tanıdığı üçün ona 200 manat pul verib. Seyfulla Məmmədov bildirib ki, attestatın qanuni yolla necə alınmasını Rzaqulu Səfərova çatdırıb.

Məhkəmə bütün sübutlarını tədqiqini rəhbər tutaraq, Seyfulla Məmmədovun sözügedən cinayəti törətməsini təsdiq edib.

Məhkəmənin qərarı ilə S. Məmmədov barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib. Həmçinin o, 1 il müddətə təhsil sahəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, eləcə də maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO