Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib”

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib”

Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib”
645097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.
 

O, amerikalı professor Ceffri Saksla Bakıda keçirdiyi görüşdən bəhs edərək Azərbaycanın müstəqilliyinin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdikdən sonra Xəzər dənizindən Avropaya yaşıl dəhliz qurduğunu və ölkənin öz hekayəsini yenidən yazdığını bildirib.


Hikmət Hacıyev Ermənistanla sülh, Xəzərin dərinliklərindəki 800 giqavatlıq külək enerjisi potensialı və COP29 barədə də fikirlərini bölüşüb.

Paylaşımda Ceffri Saksın sülh və süni intellektlə bağlı papanın ensiklopedik məktubunu təqdim etdiyi qeyd olunub.

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib” - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO