
- A-
- A
- A+
Vergi Məcəlləsində dəyişiklik – Kimlərin qazancından 10 faiz tutulacaq?
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaqlar.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək və 10 faiz dərəcə ilə vergi tutulacaq.
Həmçinin, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq, gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri sığortalı qismində özləri çıxış edəcəklər.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































