"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir

"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir

Hazırda oxunan: "Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
645162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Milan" klubunun sahibi Cerri Kardinale Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun səhmlərinin bir hissəsini almaqla bağlı ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

Bizim.Media "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Kardinale danışıqların hələ ilkin mərhələdə olduğunu bildirib.

O, həmçinin Kriştiano Ronaldonun futbolçu karyerasını başa vurduqdan sonra klubda hansı rolu oynaya biləcəyi ilə maraqlandığını söyləyib.

"Bu imkanı araşdırmaq üçün mənə müraciət etdilər. Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra nə etmək istəyəcək, bunu anlamaq mənə maraqlıdır" – deyə Kardinale bildirib.

Qeyd edək ki, Kardinale hazırda "Milan"la yanaşı, Fransanın "Tuluza" klubunun da sahibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO