Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – Siyahı

Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – Siyahı

Hazırda oxunan: Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – Siyahı
0:00 / 0:00
645090
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pulsuz vəkil xidməti şamil olunan şəxslərin siyahısı genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əks olunub. 

Layihəyə əsasən, gəliri yaşayış minimumundan aşağı olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, əlilliyi olan işləməyən şəxslər, işsiz kimi rəsmi qeydiyyatda olanlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərlə yanaşı şəhid ailələrinin üzvləri, müharibə veteranları, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu alan, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər azad edildiyi gündən bir il müddətində olmaqla, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardım hüququna malik olacaqlar. 

Həmçinin, bununla bağlı müvafiq qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulub. 

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO