"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi

"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi

Hazırda oxunan: "Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
645079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Milan" və "İnter" klublarının 2031/2032-ci il mövsümünədək istifadəyə verilməsi planlaşdırılan yeni stadionu əfsanəvi "San-Siro"nu əvəz edəcək. Arena "Generali Stadium" adlandırılacaq.

Bizim.Media "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, buna Avropanın ən böyük sığorta şirkətlərindən biri olan "Assicurazioni Generali" ilə imzalanan müqavilə imkan yaradıb. Belə ki, şirkət stadionun ad hüquqlarını əldə edib.
 

Mənbənin məlumatına görə, təxminən 20 il müddətinə nəzərdə tutulan uzunmüddətli müqavilə hər iki kluba ümumilikdə 650 milyon avroya yaxın gəlir gətirəcək.


"Milan" və "İnter" nümayəndələri bu sazişi dünya futbolunda ən əhəmiyyətli sövdələşmələrdən biri kimi qiymətləndirirlər.

Bununla yanaşı, beynəlxalq oyunlar zamanı stadionun adı dəyişdiriləcək. Belə matçlarda arena "Generali Stadium" əvəzinə "Milano Stadium" adlandırılacaq. Bu zaman sponsorun adına istinad edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO