Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı

Hazırda oxunan: Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı
0:00 / 0:00
645128
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.

Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahanlarda iştirak etmək istəyən iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və elektron ərizə formasını dolduraraq təsdiq etməlidirlər.

Qeydiyyat elektron xidmətlər portalı vasitəsilə həyata keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar şəxsi kabinetlərinin pul hesabına 110 manat əlavə etməlidirlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikdə hər imtahan üçün ayrıca 110 manat ödəməlidirlər.
 

Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarından ibarət olacaq.


Xarici dil üzrə fəlsəfə doktoru imtahanının noyabrın 22-də, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə imtahanın noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək.

İmtahanlar elektron formada, kompüter vasitəsilə keçiriləcək. İmtahan proqramları ilə DİM-in internet saytında tanış olmaq mümkündür.

İmtahan nəticələri verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil imtahanında azı 30, əcnəbilər üçün Azərbaycan dili imtahanında isə azı 25 bal toplayan iddiaçılara müvafiq şəhadətnamə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO