
- A-
- A
- A+
Ən çox hansı ölkənin vətəndaşları Azərbaycandan daşınmaz əmlak alıb? – Siyahı
Bu il Azərbaycanda daşınmaz əmlak alan əcnəbilərin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 824 əcnəbi Azərbaycanda daşınmaz əmlak əldə edib.
Bunlar əsasən Rusiya (588), Gürcüstan (80), Türkiyə (51), İran (17), Qazaxıstan (14), Almaniya (12) və digər ölkə vətəndaşlarıdır.
Əcnəbilərin əldə etdikləri daşınmaz əmlakın ölkələr üzrə sayı:
Rusiya – 588
Gürcüstan – 80
Türkiyə – 51
İran – 17
Qazaxıstan – 14
Almaniya – 12
Albaniya – 8
İsrail – 7
ABŞ – 6
Pakistan – 6
İraq – 5
Ukrayna – 5
Belarus – 4
Özbəkistan – 3
Avstriya – 2
Böyük Britaniya – 2
Çin – 2
Estoniya – 2
Fransa – 2
Niderland – 2
Çexiya – 1
Əfqanıstan – 1
İsveç – 1
Kanada – 1
Norveç – 1
Qırğızıstan – 1.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































