Plyuşenko “qara siyahı”ya salındı

Plyuşenko “qara siyahı”ya salındı

Hazırda oxunan: Plyuşenko “qara siyahı”ya salındı
0:00 / 0:00
645122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “War&Sanctions” portalının “qara siyahı”sına daxil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə həmin informasiya bazasının portalında yerləşdirilən məlumatda qeyd olunub. 
 

Həm də ictimai xadim olan Plyuşenkonun Rusiyanın Ukraynaya qarşı müharibəsini və siyasətini dəstəklədiyi üçün siyahıya daxil edildiyi bildirilir. Bundan əlavə, idmançı Rusiyanın ilhaq etdiyi Krım yarımadasına da səfər edib. 


Bazaya həmçinin fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zaqitova, fiqurlu konkisürmə üzrə Olimpiya ikincisi, xoreoqraf İlya Averbux da daxil edilib.

Onlar Rusiya hakimiyyətini dəstəkləməkdə, Krıma səfərlər etməkdə və regionda idmanın inkişafına yardım etməkdə günahlandırılırlar.

Qeyd edək ki, ümumilikdə 2022-ci ilin fevralından indiyədək “War&Sanctions” portalının “qara siyahı”sına Rusiyanı təbliğ etməkdə əlaqələndirilən 450 nəfərdən çox ictimai xadim, idmançı və incəsənət xadimi daxil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO