Azərbaycanda əhalinin gəlirləri 20 ildə 11 dəfə artıb

Azərbaycanda əhalinin gəlirləri 20 ildə 11 dəfə artıb

Hazırda oxunan: Azərbaycanda əhalinin gəlirləri 20 ildə 11 dəfə artıb
0:00 / 0:00
645087
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda əhalinin ümumi gəlirləri artmaqda davam edir. 2025-ci ildə ölkə əhalisinin gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.

Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki illərlə müqayisədə də artım nümayiş etdirib.

Belə ki, 2021-ci ildə əhalinin ümumi gəlirləri 57 milyard 206,8 milyon manat, 2024-cü ildə isə 83 milyard 255,4 milyon manat olub. 2025-ci ildəki göstərici 2021-ci illə müqayisədə 32 milyard 709,2 milyon manat və ya təxminən 57,2 faiz çoxdur.

Əhalinin qənaət etdiyi vəsait də artıb

Gəlirlərlə yanaşı, əhalinin qənaət etdiyi vəsaitin həcmində də artım qeydə alınıb. 2021-ci ildə bu göstərici 1 milyard 827,7 milyon manat olduğu halda, 2025-ci ildə 2 milyard 160,1 milyon manata yüksəlib. Beləliklə, beş il ərzində qənaət edilmiş vəsait 332,4 milyon manat və ya 18,2 faiz artıb.

Son 20 ildə əhalinin gəlirləri nə qədər artıb?

Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə ölkə əhalisinin ümumi gəlirləri 8 milyard 63,6 milyon manat təşkil edib. 2025-ci ildə bu rəqəm 89 milyard 916 milyon manata çatıb.

Beləliklə, son 20 ildə əhalinin ümumi gəlirləri 81 milyard 852,4 milyon manat və ya təxminən 11,1 dəfə artıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO