Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Hazırda oxunan: Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
0:00 / 0:00
645157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib.

Bizim.Media “oxu.az”a istinadən verir ki, həşəratlar ölkəyə Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan gətirilib.
 

İdxalın böyük hissəsi Rusiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 84 milyon 280 min ədəd həşərat gətirilib. Onların ümumi gömrük dəyəri 87.5 min dollar (148.8 min manat) olub.


Mərakeşdən 976 min ədəd həşərat 29 min dollara (49.3 min manat), Belçikadan isə 642 500 ədəd həşərat 5 010 dollara (8.5 min manat) idxal edilib.

Türkiyədən gətirilən həşəratların sayı 3 120 ədəd, ümumi dəyəri 7.75 min dollar (13.2 min manat) təşkil edib.

Niderlanddan isə cəmi 30 ədəd həşərat gətirilməsinə baxmayaraq, onların ümumi gömrük dəyəri 13.36 min dollar (22.7 min manat) olub. Hesablamalara əsasən, bu ölkədən idxal edilən bir həşəratın orta gömrük dəyəri təxminən 445.3 dollar (757 manat) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO