Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı

Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı

Hazırda oxunan: Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
645138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Evdə balıq qızardarkən xarici təbəqəsinin xırçıldayan, daxilinin isə yumşaq qalmasını təmin etmək hər zaman asan olmur. Lakin qızartmadan əvvəl un qarışığına əlavə ediləcək 1 xörək qaşığı qarğıdalı nişastası balığın üzərində daha xırçıldayan və yüngül bir qabıq əmələ gətirir.

Bizim.Media xəbər verir ki, təxminən 1 stəkan una 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edilərək yaxşıca qarışdırılır.

Nişasta qızartma zamanı balığın səthində daha nazik və xırçıldayan təbəqə yaradır. Tək un istifadəsinə nisbətən daha yüngül qabıq əmələ gəlir, balığın daxili isə şirəli və yumşaq qalır. Bu üsul xüsusilə xırda balıqlar və fileto üçün mükəmməldir.

Qızartmadan əvvəl diqqət edilməli vacib məqamlar:
 

Yuyulmuş balıqlar una bulanmazdan əvvəl mətbəx kağız dəsmalı (salfetka) ilə tamamilə qurulanmalıdır. Səthdəki artıq nəm qabığın xırçıldamasına mane olur. Yağ kifayət qədər qızğın olmalıdır.


Tavaya eyni anda çoxlu balıq yığmayın; əks halda yağın temperaturu aşağı düşər və balıqlar xırçıldamaq əvəzinə yağı özünə çəkər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO