Zelenskini bu ölkənin kəşfiyyatı qoruyur

Zelenskini bu ölkənin kəşfiyyatı qoruyur

Hazırda oxunan: Zelenskini bu ölkənin kəşfiyyatı qoruyur
0:00 / 0:00
645146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Britaniya xüsusi xidmətlərinin Ukraynada gizli missiyası?

ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyətdə qalması ilə bağlı sensasion iddia səsləndirib.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, o, Zelenskinin təhlükəsizliyinin Britaniyanın SAS xüsusi təyinatlı qüvvələri və MI6 kəşfiyyat xidməti tərəfindən təmin edildiyini bildirib.

Makqreqorun sözlərinə görə, Zelenski hakimiyyətdə qalmasını, ilk növbədə, Britaniyanın xüsusi xidmət orqanlarının dəstəyinə borcludur. O iddia edir ki, SAS və MI6 əməkdaşları Ukrayna prezidentinin mühafizəsində iştirak edir, onun ətrafında təhlükəsizlik sistemi formalaşdırır.

Makqreqorun adını çəkdiyi qurumlar Britaniyanın təhlükəsizlik və hərbi imkanları baxımından xüsusi əhəmiyyət daşıyır.

- SAS (Special Air Service) – Britaniya ordusunun elit xüsusi təyinatlı qüvvələridir. İkinci Dünya müharibəsi dövründə yaradılıb. Terrorla mübarizə, girovların azad edilməsi, xüsusi əməliyyatlar, gizli müşahidə və düşmən ərazisində fəaliyyət üzrə ixtisaslaşıb. 1980-ci ildə Londondakı İran səfirliyinin azad edilməsi əməliyyatı SAS-ın ən məşhur əməliyyatlarından biridir.
National Army Museum

Zelenskini bu ölkənin kəşfiyyatı qoruyur - foto 1

- MI6 (Secret Intelligence Service) – Britaniyanın xarici kəşfiyyat xidmətidir. Xarici ölkələrdə məlumat toplamaq, agentura şəbəkələri yaratmaq, digər dövlətlərin siyasi və hərbi niyyətlərini öyrənmək və Britaniya hökumətini strateji informasiya ilə təmin etmək onun əsas vəzifələridir. MI6-nın fəaliyyəti 1994-cü il Kəşfiyyat Xidmətləri Aktı ilə hüquqi çərçivəyə salınıb.

Yeri gəlmişkən, Ukrayna prezidentinin müharibənin ilk günlərindən etibarən ciddi təhlükələrlə üzləşdiyi barədə çoxsaylı məlumatlar yayılıb. 2022-ci ilin martında Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Zelenskiyə qarşı ondan çox sui-qəsd cəhdinin olduğunu açıqlamışdı.

Həmin ilin əvvəlində Britaniyanın “The Times” nəşri isə prezidentin müharibənin ilk günlərində ən azı üç sui-qəsd cəhdindən sağ çıxdığını yazmışdı. 2023-cü ilin yanvarında Ukrainska Pravda nəşri Ukrayna rəsmilərinə istinadən tammiqyaslı müharibə başlayandan bəri Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdinin qarşısının alındığını bildirmişdi. Avstraliyanın ABC telekanalının 2024-cü ildəki araşdırmasında isə ekspertlərdən birinin qiymətləndirməsinə əsasən, bu rəqəmin 19-20-yə çatdığı qeyd olunurdu. Bunlar vahid rəsmi statistika deyil, müxtəlif dövrlərdə səsləndirilmiş məlumat və qiymətləndirmələrdir.
 
Zelenskini bu ölkənin kəşfiyyatı qoruyur - foto 2

2024-cü il mayın 7-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Zelenskiyə və digər yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd planının qarşısının alındığını açıqladı. Bu iş üzrə Ukrayna Dövlət Mühafizə İdarəsinin iki polkovniki saxlanılmışdı. Ukrayna tərəfinin iddiasına görə, onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) tapşırığı ilə fəaliyyət göstəriblər. Planın məqsədi prezidentin girov götürülməsi və öldürülməsi olub.

2025-ci ilin iyununda SBU rəhbəri Vasili Malyuk da 2024-cü ildə prezidentə qarşı iki sui-qəsd cəhdinin qarşısının alındığını və əməliyyatın hazırlanmasının təxminən iki il çəkdiyini açıqlamışdı. (Musavat.com)

Zelenskini bu ölkənin kəşfiyyatı qoruyur - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO