
- A-
- A
- A+
Astarada torpaq sürüşməsi: Bəndin 20 metrlik hissəsi çaya uçdu – Foto
Astarada Pensərçayın sahilində baş verən torpaq sürüşməsi nəticəsində 16 ədəd istinad divarı uçub.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Vaqo kəndi ərazisində, Pensərçayın sol sahilində qeydə alınıb.
1988-ci ildə inşa edilən sahilbərkitmə bəndi rayonda yağan aramsız yağışlar səbəbindən çayda suyun səviyyəsinin və axın sürətinin kəskin artması nəticəsində yuyulub. Nəticədə 16 dəmir-beton blokdan ibarət, ümumilikdə, 20 metr uzunluğunda torpaq qatı və istinad divarı uçaraq çay yatağına aşıb.
Əraziyə dərhal Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və xüsusi texnikası cəlb olunub.
Hazırda vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































