Jirinovski pandemiyanı vətəndaş müharibəsi ilə müqayisə etdi

Jirinovski pandemiyanı vətəndaş müharibəsi ilə müqayisə etdi

Hazırda oxunan: Jirinovski pandemiyanı vətəndaş müharibəsi ilə müqayisə etdi
40973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

LDPR lideri Vladimir Jirinovski davam edən COVID-19 pandemiyasını "vətəndaş müharibəsi" adlandırıb və "ağlar"ı qələbə çalmağa çağırıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Jirinovski bu haqda Telegram kanalında yazıb.

"Pandemiya davam edir və bəzən şiddətli forma alır. Bunu vətəndaş müharibəsi ilə müqayisə etmək olar".
 

MÖVZU İLƏ BAĞLI:

Putin Jirinovskiyə irad tutdu: "Qəmli zarafat edirsən"


Siyasətçi pandemiyanın vətəndaş müharibəsi ilə müqayisəsini belə izah edib: qırmızılar koronavirus, ağlar isə peyvənddir.

"Koronavirus qırmızılardır, onlar hücum edirlər və yalnız problem  gətirirlər. Yenə aldadırlar, peyvənd almağa ehtiyac olmadığını deyirlər. Peyvənd isə ağlardır,  müdafiədə dayanıb. Çünki qurbanların sayı artmaqdadır. Tezliklə Rusiyada gündə min adam koronavirusdan öləcək”, deyə o, əlavə edib. 

Qeyd edib ki, birləşmək və ağların qələbəsini təmin etmək lazımdır.

Səhiyyə naziri Mixail Muraşko Rusiya xəstəxanalarına yerləşdirilən koronavirus xəstələrinin böyük hissəsinin peyvənd edilmədiyini söyləyib:

“Əsasən peyvənd olunmayanlar COVID-19-dan ölür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO