Ermənistanda hərbi qulluqçu həbs edildi

Hazırda oxunan: Ermənistanda hərbi qulluqçu həbs edildi

37502

Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümündə təqsirləndirilən hərbi qulluqçu həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

"İstintaq və digər prosessual hərəkətlər zamanı hadisənin təfərrüatları məlum olub, eləcə də eyni bölmənin hərbçisi olduğu iddia edilən cinayətkarın kimliyi ortaya çıxıb", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib.

M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib.

Hadisə təlim zamanı baş verib və daha bir hərbçi - Yerevan sakini, 36 yaşlı Leon S. yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO