Düşənbədə başlayan KTMT-nin sammitinə Putin gəlmədi – SƏBƏB

Düşənbədə başlayan KTMT-nin sammitinə Putin gəlmədi – SƏBƏB

Hazırda oxunan: Düşənbədə başlayan KTMT-nin sammitinə Putin gəlmədi – SƏBƏB

37180

Düşənbədə KTMT-yə üzv dövlət başçılarının görüşü başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin tədbirdə video bağlantı ilə iştirak edəcək. Qalan liderlər, eləcə də baş katib Stanislav Zas şəxsən Düşənbəyə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan Türkiyə ilə bağlı vacib AÇIQLAMA


Zirvədən bir neçə gün əvvəl Rusiya lideri ətrafındakı koronavirusa yoluxanlar səbəbiylə özünü təcrid etmək qərarına gəlib.

Ermənistanın baş naziri Nikol Paşinyan bir gecə Tacikistanın paytaxtına gəlib. Daha əvvəl bildirilmişdi ki, görüş zamanı o, Təşkilata sədrliyi öz üzərinə götürəcək Ermənistanın prioritetlərini təqdim edəcək.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri Tacikistan Prezidenti Emoməli Rəhmonla ikitərəfli danışıqlar aparacaq.

Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalararası dövrdə fəaliyyətinin əsas nəticələrini də müzakirə edəcəklər.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO