Zəngəzurdakı polis postu erməniləri panikaya saldı: “Türklər gəlir...” 

Zəngəzurdakı polis postu erməniləri panikaya saldı: “Türklər gəlir...” 

Hazırda oxunan: Zəngəzurdakı polis postu erməniləri panikaya saldı: “Türklər gəlir...” 
36450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan  Zəngəzurda polis postu qurub. Şahverdilər kəndinə yaxın ərazidə qurulan məntəqə buradan keçən erməniləri şoka salıb. Üstündə gerbimiz, dövlət atributlarımız olan postdan xofa düşən ermənilər “türklər gəlir, artıq təkcə əsgərlər deyil, polislər də bizə nəzarət edəcək”- deyə, hay-küy salıblar.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Zəngəzurun qubernatoru Melikset Poqosyan NEWS.am-a açıqlamasında deyib.

O, sosial şəbəkələrdə yayılan Qorus - Qafan yolunun kəsişməsində azərbaycanlıların polis postunun qurulduğunu əks etdirən fotolara münasibət bildirib və panikaya düşən erməniləri sakitləşdirməyə çalışıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Gorus-Qafan yolunda polis postları qurdu - FOTO


"Şahverdilərdə bir məntəqə var. Bu post Azərbaycanın ərazisində Şahverdilərdən bir qədər aralıda, Qorus - Qafana gedən yolda yerləşir.

Bu əraziyə Rusiya və Azərbaycan sərhədçiləri nəzarət edir. Mən məsələyə yerində baxış keçirdim və  gördüm ki, bu, onların hissəsidir.

Məntəqə əvvəldən var idi, polis postu isə bu yaxınlarda əlavə edilib. Narahat olmayın, orada heç bir təhlükə yoxdur, rus sülhməramlılarının nəzarətindədir“.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO