Paşinyan “21 km Azərbaycan ərazisidir” dedi – TƏLƏB YERİNƏ YETİRİLDİ

Hazırda oxunan: Paşinyan “21 km Azərbaycan ərazisidir” dedi – TƏLƏB YERİNƏ YETİRİLDİ

34600

"Nə baş verdiyini çox az adam başa düşdü”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan yazıb.

“İndi Azərbaycanın yolu niyə bağladığı, sonradan açdığı aydın oldu. Daha doğrusu, Azərbaycan hansı tələbi irəli sürdü, yerinə yetirildikdən sonra yol açıldı.

Azərbaycan Ermənistandan Gorus-Qafan yolunun 21 kilometrini və iki kəndi Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan etməsini tələb etdi.

Tələb yerinə yetirildi, Ermənistanın Baş naziri 21 kilometrin Azərbaycanın ərazisi olduğunu bildirdi (bu, hökumətin iclasında bəyan edildi) və eyni zamanda iki kənd adının Azərbaycan toponimləri ilə Azərbaycanın ərazisi kimi tanındığını bildirdi. Anlaşılmaq üçün baş nazirin sözləri bir neçə nazir və müavin tərəfindən təsdiqləndi.

Az adam başa düşdü ki, Ermənistan-Azərbaycan sərhədinin bu hissəsinin delimitasiyası və demarkasiyası üçün bir hərəkətlilik var", deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO