Təbrizdə yeni qadağa - parklar bağlandı

Təbrizdə yeni qadağa - parklar bağlandı

Hazırda oxunan: Təbrizdə yeni qadağa - parklar bağlandı
3436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təbrizdə parklar və kütləvi istirahət yerləri bağlanıb.

Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bu barədə Təbriz Bələdiyyəsindən məlumat verilib.

Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar tədbirlər genişləndirilib. Belə ki, virusa yoluxanların sayının artması səbəbi ilə Təbriz şəhərinin parkları və kütləvi istirahət yerləri bağlanıb.

Bildirilib ki, xəstəlik geniş yayıldığı üçün ölkənin tibb imkanları həddindən artıq yüklənib.

Qeyd edək ki, İranda son 24 saat ərzində 483 nəfər koronavirusdan vəfat edib, 13 721 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.  İranda koronavirusdan ölənlərin ümumi sayı isə 45 738 nəfər, virusa yoluxanların sayı  880 542 nəfər təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO