Türkiyədə əməliyyat barədə sənədli film HAZIRLANDI - FOTO

Türkiyədə əməliyyat barədə sənədli film HAZIRLANDI - FOTO

Hazırda oxunan: Türkiyədə əməliyyat barədə sənədli film HAZIRLANDI - FOTO
34222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə “Fırat Kalkanı” əməliyyatının gerçəkləşdirilməsinin 5-ci ildönümü münasibətilə “Ümidin əsgərləri” adlı sənədli film çəkilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Filmin müəllifi Nazlı Çelikdir. 

Suriyanın şimalında 2016-cı ildə keçirilən əməliyyat İŞİD-ə qarşı gerçəkləşdirilib. 24 avqust səhər 04:00-da başlanan əməliyyat nəticəsində terror təşkilatına məxsus hədəflər zərərsizləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan PUA-ları və silahları Türkiyədə beynəlxalq SƏRGİDƏ


7 ay 5 gün davam edən əməliyyat nəticəsində Cerablus, Çobanbey, Mare, Azez, El Bab yaşayış məntəqələri – ümumilikdə 2055 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. 3 mindən çox İŞİD üzvü məhv edilib. 

“Fırat Kalkanı” əməliyyatı ilə on minlərlə mülki insanın dinc həyatının bərpası təmin edilib. 

Bizim.Media

Türkiyədə əməliyyat barədə sənədli film HAZIRLANDI - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO