Paşinyandan İrana hörmətsizlik: “Bu axmağın hərəkəti bağışlanmazdır” 

Hazırda oxunan: Paşinyandan İrana hörmətsizlik: “Bu axmağın hərəkəti bağışlanmazdır” 

31410

İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisinin inaqurasiya mərasiminə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyan mərasimi izləmək yerinə, telefonla oynamağı üstün tutub. 

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün “Facebook” səhifəsində məlumat yayıb.  

Belə ki, Ermənistan lideri mərasimin getdiyi vaxtda dinləmə cihazını kənara qoyaraq, telefonu ilə oynamağa başlayıb. 

Aşotyan Paşinyanın davranışını "Bu axmaq hələ diplomatiyanın, mədəniyyətin, tərbiyənin və məsuliyyətin nə olduğunu anlamır” sözləri ilə şərh edib. 

Erməni siyasətçi Paşinyanın bu davranışının mənfi nəticələr doğuracağını da sözlərinə əlavə edib: 

“Xüsusilə Şərqdə hörmətsizliyin, pis davranışın bu cür açıq təzahürləri unudulmur və bağışlanmazdır”. 

Qeyd edək ki, avqustun 5-də İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimi baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO