Hamının gözlədiyi XƏBƏR: Paşinyan sülh sazişinə imza atacaq – Erməni mətbuatı yazır

Hazırda oxunan: Hamının gözlədiyi XƏBƏR: Paşinyan sülh sazişinə imza atacaq – Erməni mətbuatı yazır

29881

Erməni mətbuatı Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşdığı barədə müxtəlif məlumatlar yayır.

Bizim.Media xəbər verir ki, informasiya Telegram kanallarında yer alıb.

Məlumata görə, yeni sənəddə Azərbaycanla sülh sazişi və sərhədlərin delimitasiya və demarkasiyası nəzərdə tutulub. 

Bəzi KİV yazır ki, sərhəd delimitasiyası prosesində Sovet dövrünün xəritələri yaradıldığı vaxt deyil, SSRİ-nin dağıldığı dövr əsas götürüləcək. 

Erməni müxalif saytları rəsmi Bakı ilə imzalanacaq hər hansı bir sülh sazişini Nikol Paşinyanın erməni xalqına növbəti xəyanəti kimi qiymətləndirirlər.

Müxalif qüvvələr hesab edir ki, bu sülh sazişə görə rəsmi İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO