Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"

Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"

Hazırda oxunan: Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
248760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gülünc açıqlamaları ilə yenidən gündəmə gəlməyi bacarıb.

Bizim.Media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsrun Hovhannisyan ölkə televiziyalarından birində qatıldığı proqramda verdiyi açıqlamalarla sözün əsl mənasında hər kəsi güldürməyə nail olub.
 

Belə ki, o, II Dünya Müharibəsi dövrünə toxunub və həmin dövrdə baş verənləri "şərh" edib. Onun sözlərinə görə, əgər Adolf Hitler həmin dövrdə Qafqazı ələ keçirsəydi, bu, Ermənistan üçün tarixi ərazilərin bərpasına yol aça bilərdi.


Hovhannisyan qeyd edib ki, guya belə bir ssenaridə erməni legionları vasitəsilə Türkiyəyə hücum edilə və "Böyük Ermənistan"ın qurulmasına imkan yaradıla bilərdi.

Hovhannisyanın verdiyi bu sərsəm açıqlamar elə öz ölkəsində də gülüşlə qarşılanıb. Sosial şəbəkələrin erməni seqmentində onun fikirlərinə lağ-lağı ilə yanaşıblar.

Xatırladaq ki, Hovhannisyan 44 günlük müharibə zamanı Ermənistan MN-in sözçüsü vəzifəsində çalışıb. O, həmin zamanlarda da özünün hərəkətləri və gülünc açıqlamaları ilə yadda qalmışdı. /Musavat.com

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO