Tbilisidəki etirazlar yatırıldı – FOTO

Tbilisidəki etirazlar yatırıldı – FOTO

Hazırda oxunan: Tbilisidəki etirazlar yatırıldı – FOTO
222894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə qovub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumata görə, Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.

Nümayişçilər asayiş keşikçilərindən uzaqlaşmaq üçün zibil qutuları və taxta stulları yandırıblar. Tərəflər arasında toqquşmalar da yaranıb. Polis aksiyaçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmalar zamanı bir neçə nəfər saxlanılıb. 

Xatırladaq ki, etirazlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra başlayıb.

Tbilisidəki etirazlar yatırıldı – FOTO - foto 1
Tbilisidəki etirazlar yatırıldı – FOTO - foto 2
Tbilisidəki etirazlar yatırıldı – FOTO - foto 3

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO